Aybəniz Haşımovanın səhhətində problem yarandı 

14:43 20.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

 

Hafta.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb.

 
 

 

A.Haşımova vəziyyəti ilə bağlı müayinə üçün Milli Onkologiya Mərkəzinə getdiyini açıqlayıb:

 

“Ötən gün səhhətimdə ciddi problem yaranmışdı. Bu, məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Məndə  ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm” .